FHN yaşayış kompleksində təhlükəli halı aradan qaldırıb - VİDEO
Xəbərlər
29 Avqust 2022 11:13

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri ərazisində yerləşən “Abşeron Gənclər Şəhərciyi” yaşayış kompleksində çoxmərtəbəli yaşayış binasının fasadında kondisioner mühərrikinin asılı vəziyyətdə qalaraq vətəndaşlar üçün təhlükə törətməsi barədə məlumat daxil olub.
FHN-dən Avtosfer.az-a verilən xəbərə görə, daxil olan məlumat əsasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinın xilasediciləri dərhal hadisə yerinə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onbirmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində fasad hissədə kondisioner mühərrikinin asılı vəziyyətdə qalması və hər an qırılaraq ətrafdakı insanlar üçün təhlükə törətmə riskinin yüksək olduğu müəyyən edilib.
Xilasedicilər xüsusi xilasetmə vasitələrindən, o cümlədən alpinist ləvazimatlarından istifadə etməklə kondisioner mühərrikini götürüb kənarlaşdıraraq təhlükəni aradan qaldırıblar.
Oxunub : 1124
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
24 Sentyabr 2026 20:20
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
ŞƏRH YAZ












