Fransa mətbuatı Qarabağın erməniəsilli sakinlərinin Ermənistana keçidini izləyib

Fransa mətbuatı “Laçın” sərhəd-buraxılış məntəqəsində Qarabağın erməniəsilli sakinlərinin könüllü şəkildə və sərbəst formada Ermənistana keçidi prosesini izləyib.
RFI radiosunun əməkdaşı məntəqə yaxınlığında olub.
Radionun xəbərində qeyd olunub ki, burada Ermənistana keçən şəxslərin sənədləri yoxlanılır, texniki vasitələrlə şəxsiyyətləri müəyyənləşdirilir.
Sərhəddəki qaçqınlardan bəziləri “France-Presse”ə bildiriblər ki, separatçı rejimin nümayəndələri onları Qarabağı tərk etməyə təşviq edib.
Məqalədə qeyd olunub ki, sentyabrın 25-də Xankəndi şəhəri yaxınlığında yanacaqdoldurma məntəqəsində yanğınla müşayiət olunan partlayışda 100-dən çox adam ölüb, 290 nəfər yaralanıb.
Bildirilib ki, Azərbaycan Qızıl Xaç Komitəsinə qurbanların müalicəsinə kömək etmək üçün təcili yardım maşınları ilə sürətlə hərəkət etməyə, Ermənistana isə 67 nəfəri helikopterlə İrəvandakı yanıq mərkəzinə təxliyə etməyə icazə verib.
Yazıda Qarabağla bağlı sonrakı proseslərə də toxunulub.
"Azərbaycan Qarabağda silahı yerə qoyan erməni hərbçilərə amnistiya tətbiq etmək niyyətindədir. Amma Qarabağ müharibələri zamanı hərbi cinayətlər törədənlər bizə təhvil verilməlidir", - Azərbaycan hökumətindəki mənbə “France-Presse” nəşrinə bildirib. report()
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












