Fransa müstəmləkəçiliyinə daha bir zərbə

Afrikada Fransa müstəmləkəçiliyinə son qoyulması bu olkənin vətəndaşları üçün də çətinliklər yaradır.
Avtosfer.az xəbər verir ki, bir neçə gündür Nigerə uçuş həyata keçirən aviaşirkətlər Fransa vətəndaşlarına xidmət etmir. Səbəb fransızların paytaxt Nyanmey aeroportundan geri qaytarılmasıdır. Məsələ Burkina-Faso hava yollarının daxili qərarının mediaya sızmasından sonra ortaya çıxıb. Şirkətin nümayəndəsi bildirib ki, Fransa pasportlu sərnişinlər aeroportdan geri qaytarıldığı üçün artıq onlara Niger istiqamətində xidmət olunmur.
Mərakeş hava yolları isə Fransa vətəndaşlarına yalnız Niger hökumətinin xüsusi icazəsi olduqda xidmət göstərir. “Air France”a gəlincə, şirkət ötən yaydan Niger, Mali və Burkina-Fasoya uçuşları dayandırıb. Nəzərə alaq ki, hər 3 ölkə Fransanın keçmiş müstəmləkəsidir.
Vüqar
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












