Banner

“Franui Pink”də uyğunsuzluq aşkarlandı - FOTOLAR

Xəbərlər 19 Noyabr 2026 12:53
“Franui Pink”də uyğunsuzluq aşkarlandı - FOTOLAR
WhatsApp kanalımıza abunə olun

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində “Pannamore” MMC-nin İspaniyadan idxal etdiyi, “FraNui Espana S.l.” müəssisəsinin istehsalı olan ümumi çəkisi 293,4 kq “Franui Pink” əmtəə nişanlı dondurulmuş şokoladlı meyvə məhsulundan (istehsal və son istifadə tarixi: 24.07.2026−31.07.2028, partiya nömrəsi: L26205) nümunələr götürülərək laborator müayinələrə cəlb olunub.

Avtosfer.az xəbər verir ki, sınaq nəticəsində məhsul partiyasında kif-maya göbələkləri üzrə uyğunsuzluq aşkarlanıb.

İstehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənara çıxarılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib. Sahibkarın müraciəti əsasında məhsul partiyası məhv edilib.

 

“Franui Pink”də uyğunsuzluq aşkarlandı - FOTOLAR

“Franui Pink”də uyğunsuzluq aşkarlandı - FOTOLAR

“Franui Pink”də uyğunsuzluq aşkarlandı - FOTOLAR

Oxunub : 64
ŞƏRH YAZ
Ad

E-mail

Şərh