Füzuli, Beyləqan və Ağcabədidə sahibkarlara xeyli ziyan dəyib - FOTO

Ermənistanın təxribatı nəticəsində Füzuli, Beyləqan və Ağcabədidən olan sahibkarlara xeyli ziyan dəyib.
İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, zərərlə yerində tanış olmaq üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) məsul əməkdaşları oktyabrın 16-da Füzuli rayonunun Horadiz şəhərində və Beyləqan rayonunda olublar.
İndiyədək KOBİA-ya Ermənistanın təxribatı nəticəsində 180-ə yaxın sahibkarlıq subyektinə zərər dəyməsi barədə məlumatlar daxil olub.
Müraciətlərin ilkin təhlili göstərir ki, Ermənistanın təxribatından daha çox Ağdam, Gəncə, Füzuli, Tərtər, Beyləqan, Naftalan, Bərdə, Cəbrayıl (Cocuq Mərcanlı) və Ağcabədi rayonlarında fəaliyyət göstərən sahibkarlar ziyan çəkib.
Görüşdə iştirak edən sahibkarlar Ermənistanın hərbi təxribatı nəticəsində onlara ziyanın dəyməsinə baxmayaraq, Azərbaycan ordusunun qazandığı qələbələr sayəsində yüksək əhval-ruhiyyədə olduqlarını və dövlətin hər zaman sahibkarların yanında olduğunu bildiriblər.
Nərminə
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












