Füzulidə Araz çayı boyunca güclü yanğın başlayıb

Xəbərlər 4 Avqust 2026 21:30
Füzulidə Araz çayı boyunca güclü yanğın başlayıb
WhatsApp kanalımıza abunə olun

Füzuli rayonunun Mollaməhərrəmli və Seyidəhmədli kəndləri istiqamətində, Araz çayı boyunca yerləşən açıq ərazidə güclü yanğın müşahidə olunur.

Avtosfer.az APA-ya istinadla xəbər verir ki, alov ətrafdakı yaşayış məntəqələrindən də açıq şəkildə görünür.

Yanğının söndürülməsi üçün hadisə yerinə Cəbrayıl və Füzuli rayonlarının Yanğından Mühafizə bölmələrinin texnika və canlı qüvvəsi cəlb olunub.

Oxunub : 116
ŞƏRH YAZ
Ad

E-mail

Şərh