“Gecikirəm, maaşımdan kəsəcəklər”: Yolda qalanların öz dilindən... - VİDEO

Xəbər verdiyimiz kimi, Bakı metrosu işləmədiyindən şəhərdəki avtobus dayanacaqlarında sıxlıq müşahidə olunur. Xüsusilə də, “20 Yanvar”, “Koroğlu” və “Neftçilər” metrostansiyalarının yaxınlığındakı avtobus dayanacaqlarında böyük izdiham yaranıb. Avtosfer.az xəbər verir ki, “Qafqazinfo”nun əməkdaşları da həmin ərazidə olub və vəziyyətlə maraqlanıb. Məlum olub ki, avtobuslar gücləndirilmiş iş rejimində fəaliyyət göstərməsinə baxmayaraq sərnişinlər gedəcəkləri ünvana çatmaqda çətinlik çəkirlər. Sıxlıq yarandığından xeyli insan işə, imtahana gecikib. Avtobusların azlığı sıxlığın daha da böyüməsinə səbəb olub.
Üstəlik sərnişinlər qeyd edir ki, rəsmi şəkildə elan edilməsinə baxmayaraq, bəzi avtobus sürücüləri sərnişinlərdən gediş haqqı tələb edirlər. Bundan əlavə, işə taksi ilə getmək istəyən vətəndaşlar da fantastik qiymətlə qarşılaşıblar. Belə ki, sürücülər 1 nəfərə 5 manat ödəniş müqabilində sərnişinləri metro ətrafına çatdırıb.
Səhər saatlarında Koroğlu Mübadilə Mərkəzindən hazırladığımız videoreportajı təqdim edirik:
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












