Gədəbəy sakini maşın düzəldib - "Səhra çempionu" - VİDEO

Gədəbəy sakini 5 avtomobilin müxtəlif detallarından yeni nəqliyyat vasitəsi ərsəyə gətirib. Onun hazırladığı avtomobil indi bir neçə maşının görünüşünü və funksiyasını özündə cəmləşdirir. Avtosfer.az-ın məlumatına görə, nəvəsi üçün aldığı şirin çubuqlardan çıxan şəkil onu avtomobil yığmaq üçün həvəsləndirib. Gədəbəy rayonu Çay Rəsullu kənd sakini Məzahir Cəfərov şəkildə gördüyü avtomobili üç ay müddətinə bu cür ərsəyə gətirib. Bir neçə avtomobilin detallarından yığılan minik vasitəsinin üstü açıqdır. 100 km-ə 10 litr benzin sərf edir.
Sahibi kənardan balaca görünən maşını yolsuzluq avtomobili kimi də istifadə edir. Kənddə bəzi maşınların çıxa bilmədiyi ərazilərə onun yığdıgı maşınla çıxırlar. Məzahir Cəfərov "Səhra çempionu" adlandırdığı nəqliyyat vasitəsinə 3500 manat xərcləyib. Ferma təsərrüfatı ilə məşğul olan Məzahir Cəfərov indi bu maşından da gəlir əldə edir.
İstirahət zonalarına gedənlər, ətraf rayon və kəndlərdən gələnlər bu avtomobillə dağlar qoynuna çıxırlar, toylarda gəlin maşını kimi istifadə edirlər.
Avtomobil həvəskarı gələcəkdə bu tip, fərqli nəqliyyat vasitələrinin sayını çoxaltmaq istəyir. Hələlik isə bu maşına sənəd düzəldib, dövlət nömrə nişanını almaq istəyir.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












