Gələcəkdə Azərbaycanda ov qadağan edilə bilər

Azərbaycanda ovun qadağan edilməsi yaxın gələcək üçün istisna deyil. Əgər belə bir tələb olarsa, bu məsələyə baxmaq mümkündür.
Bunu Bioloji Müxtəlifliyin Mühafizəsi Xidmətinin rəhbəri Firudin Əliyev deyib. O bildirib ki, bu, heyvan populyasiyasının artımına müsbət təsir gösətərən amildir:
“Belə bir təcrübə dünyada mövcuddur. Bu məsələyə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yox, Zoologiya İnstitutu ilə birlikdə baxılmalıdır. Bu məsələdə maraqlı tərəflər də kifayət qədərdir”.
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə isə bildirib ki, ovçuluğun tamamilə qadağan edilməsi mümkün deyil, lakin ən azından bir neçə ilə ovun məhdudlaşdırılması mümkündür:
“Lakin bu zaman bütün maraqlı tərəflərlə razılığa gəlmək lazımdır. Bu sahədən gəlir əldə edən şirkətlər, yerli icmalar var. Bu istiqamətdə ictimai dinləmələr keçirilməsi, ictimaiyyətin fikri öyrənilməlidir”. (apa)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












