Gəncə prospektində "Ərəbzəngi" peyda olub - FOTO

Bakının Xətai rayonu, Gəncə prospektində sürücülərin yolunu kəsən şəxs peydə olub. Bu barədə Avtosfer.az-a oxuculardan biri şikayət ünvanlayıb. Vətəndaş deyir ki, Gəncə prospekti, "Panarama Park"ın qarşısındakı dayanacaqda avtomobili saxlayıb. Səhər işə getmək üçün avtomobilə yaxınlaşanda 99 KF 560 dövlət nömrə nişanlı, "Mercedes" markalı avtomobilin onun və digər bir maşının arxasında park etdiyini görüb. Təxminən yarım saat ərzində sürücünün axtarışına çıxsalar da onu tapa bilməyiblər. Vətəndaş 102 xidməti ilə əlaqə saxlayıb və şikayət edib. Polis dərhal hadisəyə reaksiya verib. Yol polisləri sürücü barəsində inzibati qaydada elektron protokol tərtib ediblər. Amma sürücünü tapmaq mümkün olmayıb. Yandakı avtomobilin sürücüsü tapılıb və çətinliklə yolu kəsilmiş maşınlar ordan çıxa bilib.
Təbii ki, bu cür hallarda avtomobilin evakuasiya edilməsi vacib hala çevrilir. Həmçinin belə məsuliyyətsizlik edənlərə qarşı tədbirlər daha sərt olmalıdır. Fotoları təqdim edirik. Ümid edirik ki, həmin sürücü bu hadisədən dərs çıxaracaq.
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ



















