Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb

İki gün əvvəl Gəncədə taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Eşqin Qasımovun Avtosfer.az-a verdiyi məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər sakinləri Nadir Cıqqarov və Samir İsmayılovun bıçaq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçirib. İlkin araşdırmalar zamanı həmin şəxslərə xəsarət yetirən şəxsin Anar Tağıyev olması müəyyən edilib. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törərməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Qeyd edək ki, öncə həmin şəxslərin bir-birinə xəsarət yetirdikləri bildirilmişdi.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












