Gəncədən olan deputat: Ermənistanın məqsədi vətəndaşlarımızı qətlə yetirmək və təşvişə salmaqdır

Bu gecə məkirli düşmən Gəncədə mülki vətəndaşlara hədəflənmiş raketlər atıb. Çox təəssüflər olsun ki, ermənilər növbəti dəfə bizi aldatdı, növbəti dəfə hiylə etdilər, terror törətdilər.
Avtosfer.az xəbər verir ki, bunu Trend-ə Gəncədən olan deputat Naqif Həmzəyev deyib.
O bildirib ki, ermənilərin etdiyi bu əməllərə dünya susmamalıdır və dünya ictimaiyyət, beynəlxalq təşkilatlar nəhayət ki, anlamaldır ki, bu düşmən çox məkirlidir, çox yalançıdır və onlar üçün dinc vətəndaş və ya hərb meydan fərq etmir, onların hədəfi dinc vətəndaşlarımızı qətlə yetirmək və vətəndaşları təşvişə salmaqdır:
“Möhtərəm Prezidentimiz, Ali Baş Komandanımızın söylədiyi kimi bu, düşmənə son şans idi, onlar bu şansı düzgün dəyərləndirmədilər. Ordumuz hərb meydanında düşmənin cavabını 10 qat artıq verəcək və işğal altında olan torpaqlarımız tezliklə işğaldan azad ediləcək. Bütün gəncəlilərin əhval-ruhiyyəsi yaxşıdır, biz Ali Baş Komandanın əmrini gözləyirik, hər an döyüşməyə hazırıq”.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












