Gənclər Bərdəyə raket hücumu ilə bağlı dünya ictimaiyyətinə müraciət edib

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı və Azərbaycan Tələbələr və Məzunlar Platforması Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərinə raket hücumu nəticəsində dinc əhalinin, o cümlədən 7 yaşlı Aysunun qətlə yetirilməsi ilə bağlı ATƏT, BMT, UNICEF kimi təşkilatlara müraciətlər ünvanlayıblar.
Müraciətlərdə Ermənistan ordusunun bu ölkənin siyasi-hərbi rəhbərliyinin birbaşa göstərişi ilə Bərdə şəhərini “Smerç” sistemindən raket atəşinə tutması nəticəsində dörd mülki şəxsin, o cümlədən, yeddi yaşlı Aysunun qətlə yetirilməsi və 13 nəfər şəxsin ağır yaralanması pislənilir.
Bildirilir ki, Ermənistanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin təşəbbüsü ilə razılaşdırılmış atəşkəsi ölkəmizin cəbhədən kənar yerləşən şəhərlərini raket atəşinə tutaraq, günahsız şəxsləri, o cümlədən, uşaqları qətlə yetirməklə pozması ənənə halını alıb.
Qeyd edilib ki, ilk iki atəşkəs razılaşmasının Ermənistan tərəfindən pozulması Gəncəyə ballistik raketlə vurulan zərbələr nəticəsində onlarla dinc insanın, o cümlədən, qadın və uşaqların qətlə yetirilməsi və yaralanması ilə nəticələnib.
Bərdəyə hücumun isə bu sırada üçüncü belə atəşkəs pozulması olduğu diqqətə çatdırılıb, bu hücumların Ermənistan rəhbərliyinin çirkin və insanlıq qanunlarından uzaq mahiyyətini, bu dövlətin beynəlxalq razılaşmalara, beynəlxalq hüquqa etinasızlığını bir daha ortaya qoyduğu vurğulanıb.
Müraciətlərin sonunda dünya ictimaiyyəti Ermənistanı bu terror hərəkətlərinə görə qəti şəkildə pisləməyə, törətdiyi müharibə cinayətlərinə görə bu ölkəni məsuliyyətə cəlb etməyə, eləcə də, bölgədə sülhün bərqərar edilməsi üçün BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən çıxarılmasını tələb etməyə çağırılır.
Sürücülərin nəzərinə! - Görünüş məsafəsi məhdudlaşacaq
Televiziya əməkdaşı adı ilə pul tələb edən şəxs saxlanıldı - FOTO
Allahşükür Paşazadənin oğlu yüksək vəzifəsindən AZAD EDİLDİ
"AzParking”dən qeyri-qanuni parklanma halları ilə bağlı sürücülərə xəbərdarlıq
Polis Bakıda əməliyyat keçirdi - İşin içində İran vətəndaşı da var - VİDEO
Naxçıvan sakinlərinə ŞAD XƏBƏR - Sərəncam imzalandı
Elşad Abdullayevin onmilyonlarla manatlıq əmlakları MÜSADİRƏ EDİLDİ - SİYAHI
Sifarişli daşımalara buraxılış vəsiqəsinin verilməsi üçün tələblər sərtləşdirilir
Bu halda avtomobil cərimə meydançasından dərhal çıxarılacaq - FOTO
Bu şəxslərə “Tərəqqi” medalı verilib - SİYAHI
Fuad Nəcəfli istintaqa cəlb edildi











