Gənclər “Ya Qarabağ, ya Ölüm” oxudular!

Gənclər Fondu və “Cavan” Gənclər İB “Ya Qarabağ, ya ölüm!” mahnısını yeni aranjimanda Azərbaycan ictimaiyyətinə təqdim edib.
ADA məzunu Günay Bədəlova mahnını öz ifasında “Instagram” səhifəsində paylaşdıqdan sonra bu ictimaiyyətdə böyük maraq doğurdu və ona bu mahnının yeni aranjimanda yazılması və klip çəkilməsi təklif edilib.
Günay Bədəlova layihə ilə bağlı fikirlərini belə ifadə edib:
“Hələ də başıma gələnlərə inanmıram! Kamera qarşısında dayanıram! İnanılmazdır! Mənim üçün unudulmaz olan isə, çəkiliş zamanı çəkilişi saxlayıb hörmətli Prezidentimiz cənab İlham Əliyevin çıxışını diqqətlə dinləməyimiz və doğma Zəngilanımın işğaldan azad edilməsi xəbərini eşitməyim oldu! Sevincimin həddi-hüdudu yox idi!”
“Ya Qarabağ, ya ölüm!” mahnısının 21 yaşı var. Bu mahnının yaşıdları bu gün Qarabağda döyüşür, torpaqlarımızı işğalçılardan azad edirlər.
Bu mahnı Azərbaycanın “Base” leyblının ilk layihəsidir. Mahnının sözləri Ozan Arifə, musiqisi və aranjimanı Aytən İsmixanovaya aiddir. Gənclər Fondu və “Cavan” İB Cövdət Hacıyev adına 3 saylı Musiqi Məktəbinin “Renessans” uşaq xoruna, “Base” leyblının rəhbərləri İsa Məlikov və Pərviz İsaqova, layihə rəhbəri Əlixan Rəcəbova, quruluşçu rejissor Vüsal Əhmədzadəyə, quruluşçu operator Orxan Məmmədovə və aranjimançı Emin Kərimə təşəkkür edir.
Həmin mahnını diqqətinizə təqdim edirik:
https://www.facebook.com/watch/?v=1062418067543559
Qarabağ Azərbaycandır!
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












