General bağlanan “Telegram”, “TikTok” və “Instagram” səhifələrinin sayını AÇIQLADI

Xüsusi polis qrupları tərəfindən keçirilmiş xüsusi əməliyyat axtarış tədbirləri ilə 161 insan alveri faktı insan alveri məqsədilə qanunsuz hərəkətlərlə əlaqədar aşkarlanıb.
Avtosfer.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində Azərbaycanın İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatoru, daxili işlər nazirinin birinci müavini, polis general-leytenantı Seyfulla Əzimov deyib.
Nazir müavini bildirib ki, həmin faktlar üzrı 15 cinayət işi başlanaraq, 16 təqsirləndirilən şəxs qismən məsuliyyətə cəlb olunub: “Ümumilikdə 13 cinayət işinin istintaqı tamamlanaraq, məhkəmə məsuliyyətinə verilib, 11 nəfər haqqında ittihamedici hökmlər çıxarılıb. 2024-cü ildə insan alveri əxlaqsızlıq yuvaları saxlamaq, yetkinlik yaşına çatmayanların ictimai mənəviyyata zidd əməllərə cəlb etmə, pornoqrafik materialları yaymaya görə 30 təqsirləndirilən şəxs yerli axyarışda olub, onlardan 16 nəfər o cümlədən insan alverinə görə 3 nəfər saxlanılıb".
General qeyd edib ki, informasiya texnologiyaları tətbiqi ilə düzəldilmiş 44 müvafiq fakt da aşkarlanaraq, cinayət işi başlanıb: “Eyni zamanda aparılmış monitorinqlər nəticəsində insan alverinin təbliği ilə məşğul olan 156, cari ötən dövrdə isə 124 teleqram, Tiktok və instaqram kanalı bağlanıb".
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












