Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib - FOTO

Gömrük əməkdaşları üçün kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə üzrə təlim keçirilib
Avtosfer.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin Akademiyası və “Colgate-Palmolive” şirkətinin ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə "Tərkibində əqli mülkiyyət hüquqlarının obyektləri olan malların gömrük orqanları tərəfindən qorunması" mövzusunda təlim keçirilib. Təlimdə Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan müvafiq qurumların ümumilikdə 23 nəfər gömrük əməkdaşı iştirak edib.
Gömrük orqanlarının vəzifəli şəxslərinin peşə və ixtisas biliklərini artırmaq, onların peşəkarlıq səviyyəsinin yüksəldilməsini təmin etmək məqsədilə təşkil edilən təlim “Colgate-Palmolive” şirkətinin meneceri Ramin Həsənov tərəfindən aparılıb. Təlimdə kontrafakt və saxta malların ölkəyə idxalına qarşı mübarizə, “Colgate-Palmolive” şirkətinin məhsullarının orijinal və saxta olanlarının ayırd edilməsi üsulları, həmçinin beynəlxalq təcrübədə saxta mallara qarşı mübarizə istiqamətində görülən işlərlə bağlı məlumat verilib.
Sonda əməkdaşları maraqlandıran suallar təlimçi tərəfindən ətraflı cavablandırılıb.

Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












