Gömrük Komitəsi xarici nömrəli maşınları qaytardı, indi də DYP cərimələyir

Bir müddətdir ki, karantin dövrü ilə əlaqədar olaraq Gürcüstan və Azərbaycan eləcə də digər ölkələrlə sərhədlər bağlıdır. Xüsusilə Gürcüstan dövlət nömrə nişanlı avtomobillərin idarə edilməsi məsələsi xeyli suallar doğururdu. Dövlət Gömrük Komitəsi bir neçə aydır xarici dövlət qeydiyyat nişanlı avtomobillərin hamısını dayanacaqlarda saxlamağa çalışırdı. Hətta 1-5 manat arasında gündəlik ödəniş alaraq həmin avtomobillərin Gömrük duracaqlarına qoyulmasını zəruri sayırdı.
Məlumata görə, bir neçə gündür ki, Dövlət Gömrük Komitəsi dayanacaqlarda saxlanılan avtomobillərin sahiblərinə zəng edərək gəlib avtomobillərini aparmalı olduqlarını bildiriblər. Belə ki, avtomobillər sahiblərinə qaytarılır və indiyədək yığılan gündəlik dayanacaq pulu ödətdirilir və avtomobili idarə etməmək barədə xəbərdarlıq olunur. Yalnız avtomobil haradasa saxlanıla bilər. Həmin avtomobillərin sahiblərini bunu müsbət bir addım kimi qiymətləndirsə də, digər bir problemlə üzləşiblər. Həmin avtomobilləri idarə edərkən yol polisi tərəfindən cərimə olunub-olunmayacaqları sualı ortaya çıxır.

“Mediapost”a müraciət edən bir neçə sürücü bildirib ki, yol polisi son günlərə qədər onlara hər hansı bir çətinlik yaşatmırdı. Lakin artıq xarici ölkə qeydiyyat nişanı olan avtomobillərin sürücüləri yol polisləri tərəfindən cərimələnir. Avtomobil duracağa qoyulmasa da, sürücülər nəqliyyat vasitələrini qeydiyyata alınmadan idarə etməyə görə 50 manat məbləğində cərimə olunublar.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol polisi həmin avtomobillərin sürücülərini nəzərə alsa, daha yaxşı olar: "Çünki o sürücülər öz iradələrindən asılı olmayaraq Azərbaycanda maşın sürmək məcburiyyətində qalıblar. Sərhədlər bağlıdır və onlar həmin avtomobillər ilə ölkəni tərk edə bilmirlər. Gömrük Komitəsindən fərqli olaraq yol polisinin həmin sürücülərə güzəşt etməsi böyük bir jest olardı. Düşünürəm ki, Dövlət Yol Polisi bu məsələyə həssas yanaşacaq".
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO










