Gömrükçülər yük avtomobillərində dərman preparatı və siqaretlər aşkar edib
Xəbərlər
23 İyun 2021 11:55

Dövlət Gömrük Komitəsinin (DGK) Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında iki fakt üzrə müxtəlif məhsulların qanunsuz yolla ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısı alınıb.
Bu barədə Avtosfer.az-a DGK-dan məlumat verilib.
Belə ki, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn "İveco" və "Mercedes Benz" markalı yük nəqliyyat vasitələri saxlanılıb, sürücüləri şifahi sorğu-sual olunublar.
Sorğu-sual zamanı sürücülər idarə etdikləri nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildiriblər.
Gömrük yoxlaması zamanı avtomobillərin gizli saxlanc yerlərində 1000 ədəd aksiz markası olmayan "Marlboro" markalı siqaret və 440 ədəd müxtəlif adda dərman preparatları aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
Oxunub : 1422
DİGƏR XƏBƏRLƏR
13 Oktyabr 2026 15:18
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
12 Oktyabr 2026 23:06
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
12 Oktyabr 2026 20:29
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
12 Oktyabr 2026 20:17
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
12 Oktyabr 2026 19:45
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
12 Oktyabr 2026 19:24
18 marşrutun hərəkət sxemi dəyişdirilir
12 Oktyabr 2026 18:41
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
12 Oktyabr 2026 18:00
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
11 Oktyabr 2026 13:41
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
9 Oktyabr 2026 22:29
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
9 Oktyabr 2026 18:47
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək
9 Oktyabr 2026 18:22
Məktəbli geyim qaydaları ilə bağlı VİDEOÇARX
ŞƏRH YAZ












