Gömrükçülərdən 30 min avroluq əməliyyat - Qarşısı alındı

Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etmədən keçirilməsinə cəhdin qarşısını alıblar.
Avtosfer.az DGK-ya istinadən xəbər verir ki, Bakı-Berlin aviareysilə gedən Azərbaycan vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən şifahi, yazılı, elektron formada bəyan etməyib. Ona məxsus çamadan rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri müşahidə edilib.
Daha sonra sərnişin şifahi sorğu-sual olunub və çantanın içərisində 10 000 avro pul vəsaiti olduğunu bildirib. Yoxlama zamanı isə çantanın içərisindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən şəffaf rəngli sellofan paketə bükülmüş vəziyyətdə 150 ədəd hər biri 200 avro nominalında pul əskinasları olmaqla, ümumilikdə 30 000 avro aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












