Goranboy sakininə atəş açan 2 nəfər tutulub

Avqustun 26-da Goranboy rayonunun Todan kənd sakini S. Əliyev DİN-in "102 Zəng Mərkəzi" Xidmətinə müraciət edərək Erkəc kəndi ərazisində tanımadığı 2 nəfər şəxsin ona ov tüfəngdən atəş açması barədə məlumat verib.
DİN-in mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun APA-ya verdiyi məlumata görə, müraciətlə əlaqədar Xocalı rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin ünvana gələrək müvafiq araşdırmalar aparıb. Araşdırmalar zamanı məlum olub ki, S. Əliyev yaşadığı evə qayıdan zaman yol kənarında olan günəbaxan sahəsinə daxil olaraq günəbaxan yığıb, bu zaman sahənin sahibləri Zaur Nağıyev və Şahin Mərdənov ondan sahədən çıxmasını tələb etdiyinə görə aralında mübahisə yaranıb. S. Əliyev sahədən çıxmadığına görə Z. Nağıyev özünə məxsus 12 kalibrli, müvafiq sənədləri olan ov tüfəngi ilə havaya atəş açıb. Həmin şəxslər saxlanılıb, Z. Nağıyevin atəş açdığı və digər bir ov silahı aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












