Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb - FOTO

Goranboyda ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb.
Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Goranboy Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birində yerləşən ödəmə terminalından oğurluq etməkdə şübhəli bilinən rayon sakinləri, Elxan Hacıyev Ziyad Namazov saxlanılıblar.
Araşdırmalarla həmin şəxslərin mağazadakı ödəmə terminalını sındıraraq 9161 manat oğurladıqları məlum olub.
Bundan başqa, RPŞ əməkdaşlarının son 1 həftə ərzində keçirdikləri digər tədbirlər zamanı narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan 2, odlu silah saxlayan 1 və digər cinayətlər törədən 10 nəfər saxlanılıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindən 2 ədəd “PQ-7” markalı raket, 1 ədəd əl qumbarası, 2 ədəd tüfəng, 3 ədəd avtomat və çoxlu sayda müxtəlif çaplı patron aşkar olunub.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident














