Əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanılıb - FOTO - VİDEO

Göyçayda əcnəbi narkotacirə kuryerlik edən şəxslər saxlanılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyat keçirilib.
Hadisə zamanı iki nəfər tutularaq məsuliyyətə cəlb edilib.
Qeyd olunub ki, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı Bakı şəhər sakinləri Çingiz Əhmədzadə və İlkin Qurbanlı saxlanılıb.
Saxlanılan şəxslərin üzərlərinə baxış keçirilən zaman yarım kiloqrama yaxın heroin, 500 qram tiryək, 100 qram metamfetamin və 300 ədəd tramadol həbləri aşkarlanaraq götürülüb.
Araşdırmalar zamanı müəyyən edilib ki, saxlanılan şəxslər xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik maddələr göndərən narkotacirlə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunublar. Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən onlara deyilən yerdən narkotik vasitələri götürüb, paytaxta aparmaq istəyərkən elə iş başında yaxalanıblar.
Faktla bağlı Göyçay rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO














