Göyçayda narkokuryerdən 1 kq-dan çox narkotik götürülüb

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri respublikanın müxtəlif bölgələrinə çatdırılmasını təşkil edən Əlirahim Hümbətov saxlanılıb.
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, şəxsi axtarış zamanı ondan 1 kiloqram tiryək, 251 qram heroin və 106 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs xarici ölkədə yaşayan və qaçaqmalçılıq yolu ilə Azərbaycana narkotik vasitələr göndərən şəxslə sosial şəbəkələr vasitəsilə əlaqə yaradaraq onun təklifi əsasında narkokuryerliyə cəlb olunub. Sonuncu dəfə Göyçay rayonu ərazisində əvvəlcədən ona deyilən yerdən narkotik vasitələri götürüb, başqa ünvana aparmaq istəyərkən yaxalanıb.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən digər əməliyyat tədbiri zamanı isə narkotiklərin dövriyyəsində şübhəli bilinən Göyçay şəhər sakini Samir Qurbanov saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktlarla bağlı cinayət işləri başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ












