Günah "Nissan"dadır, həbs "Mercedes"ə qoyuldu- VİDEO

Bankın tələb etdiyi maşının markası "Nissan", həbs qoyulan maşının markası isə "Mercedes"dir. Avtosfer.az-ın məlumatına görə,əslən Massalıdan olan və Sumqayıtda yaşayan Emin Həmidovun idarə etdiyi minik avtomobili bir müddət əvvəl yol polisi əməkdaşları tərəfindən saxlanılıb. Ona avtomobilin axtarışda olduğu bildirilib və maşın cərimə meydançasına yerləşdirilib. Emin Həmidov məsələni araşdırdıqda məlum olub ki, banklardan biri kredit borcu olan şəxsin 6 ədəd avtomobilinə həbs qoydurub. Lakin icra sənədində göstərilən avtomobilin markası ilə saxlanılan maşının markası uyğun gəlmir. Emin Həmidov deyir ki, indiyədək heç bir banka borcu olmayıb. Sənədlərdəki maşınlar da tam başqadır. Bunu sübut edən sənədləri icra məmuruna təqdim etdikdən sonra maşın cərimə meydançasından çıxarılıb.
Emin Həmidov bildirir ki, polisdən ona deyibləri ki, maşınının üzərində bankın məhkəməyə təqdim etdiyi sənəd əsasında həbs qoyulub. Avtomobilin sahibi banka da gedib. Oradan isə bildirilib ki, onların təqdim etdiyi maşının markası "Nissan"dır. Dövlət nömrə nişanı da sənəddə göstərilən yox, başqa bir nömrədir.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev bildirdi ki, maşının üzərinə həbs markasına görə yox, dövlət qeydiyyat nişanına görə qoyulur. Məhkəmə icraçılarından göndərilən məktubda da qeydiyyat nişanı 99 BH 551 qeyd edilib. Emin Həmidov məktubu yol polisinə göndərən quruma, yəni icra şöbəsinə müraciət etməli və nömrənin yanlış qeyd olunduğunu sübuta yetirməlidir. Bu zaman icra şöbəsi də yol polisinə axtarışda olan nömrənin qeyd edildiyi və əvvəlki nömrənin səhvən yazıldığı barədə məktub göndərməlidir. Yalnız bundan sonra həmin maşın barəsindəki axtarış ləğv ediləcək.
Azərbaycana gətirilən bu yağlarda təhlükəli maddə AŞKARLANDI
Bakının bir sıra küçələrində hərəkət MÜVƏQQƏTİ MƏHDUDLAŞDIRILACAQ
Samuxda qarayara xəstəliyi təsdiqləndi – Nazirlikdən AÇIQLAMA
Kəlbəcərdə mina partlayışı baş verib, xəsarət alan var
Prezident bu qanunu təsdiqlədi
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin olundu
Həbsdə olan Elman Paşayevin 36 milyonluq maşını hərraca çıxarıldı - FOTO
Xocavənddə mina partlayışı zamanı xəsarət alanlar hospitalizasiya olunub - YENİLƏNİB
Nazir müşavirinə yeni VƏZİFƏ VERİLDİ
“David Selivestrov”un vəkili SENSASİON AÇIQLAMALAR VERDİ - Bayıldakı ofis fəaliyyətini dayandırdı - FOTO
Jalə Bədirovaya yüksək vəzifə VERİLDİ










