Günəşdə güclü partlayış olub

Alimlər Günəşdə bir gün ərzində artıq altıncı güclü alovlanmanın qeydə alındığını bildiriblər. Avtosfer.az xəbər verir ki, bu barədə fevralın 3-də Rusiya Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Mütəxəssislərin sözlərinə görə, fevralın 3-ü Bakı vaxtı ilə saat 11:01-də Günəşin 4366 nömrəli ləkələr qrupunda rentgen diapazonunda M7.2 sinifli alovlanma müşahidə olunub. Təxminən 35 dəqiqə davam edən bu proses gücünə görə ən yüksək X sinfinə yaxın hesab edilir.
Gün ərzində bundan əvvəl də M sinfinə aid daha beş alovlanma - M3.3, M2.5, M1.5, M1.8 və M2.6 qeydə alınıb.
Qeyd edək ki, Günəş alovlanmaları rentgen şüalanmasının intensivliyinə əsasən A-dan X-ə qədər təsnif edilir və hər növbəti sinif əvvəlkindən 10 dəfə daha güclü olur. Belə hadisələr çox vaxt plazma atılmaları ilə müşayiət olunur. Bu plazma Yerə çatdığı halda maqnit qasırğalarına səbəb ola bilər.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












