Günəşdə güclü partlayış qeydə alınıb

Martın 18-dən sonra ilk dəfə Günəş səthində M sinfinə aid növbəti güclü partlayış baş verib.
Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə TASS agentliyinə Tətbiqi Geofizika İnstitutunun nümayəndələri tərəfindən məlumat verilib.
Qurumun hesabatında qeyd olunub ki, "martın 26-da Moskva vaxtı ilə saat 09:23-də (Bakı vaxtı ilə saat 10:23) 4003 nömrəli günəş ləkəsi qrupunda (N16E62) rentgen spektrində 29 dəqiqəlik M3.9 gücündə partlayış müşahidə edilib".
Xatırladaq ki, buna oxşar gücdə (M2.7) əvvəlki partlayış martın 18-də qeydə alınmışdı.
Məlumata görə, Günəşdəki partlayışlar ifraz etdikləri rentgen şüalarının intensivliyinə görə beş kateqoriyaya ayrılır: A, B, C, M və X. Ən zəif kateqoriya hesab edilən A0.0 Yer orbitində hər kvadrat metr üçün 10 nanovatt radiasiya səviyyəsinə bərabərdir. Hər bir sonrakı hərfə keçid zamanı şüalanmanın gücü on dəfə çoxalır. Bu cür partlayışlar tez-tez günəş plazmasının atılması ilə nəticələnir və həmin plazma buludları planetimizə çatdıqda maqnit fırtınaları yarada bilər.
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu












