Günəşdə son 5 ilin ən güclü partlayışı oldu

Fevralın 9-da Günəşdə güclü partlayış qeydə alınıb.
Bununla bağlı Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
“Fevralın 9-da 3576 (S14E10) günəş ləkələri qrupunda rentgen diapazonunda HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunan və 38 dəqiqə davam edən X3.3 partayışı qeydə alınıb”, - məlumatda qeyd olunub.
O da bildirilib ki, hazırda günəş rentgen şüalarının Yerin ionosfer qatına təsiri, kosmik hava məlumatlarına görə, R3 (güclü) səviyyəsindədir. Belə təsirin ən yüksəyi R5-dir (ekstremal səviyyə).
Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.
Qeyd edək ki, bu, son 5 ildə qeydə alınmış ən böyük partlayışlardan biridir. (qafqazinfo)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












