Gürcüstan DTX onu Azərbaycanla sərhəddə həbs etdi

Gürcüstanın hakim "Gürcü arzusu" partiyasının qurucusu Bidzina İvanişvilinin keçmiş müşaviri Giorgi Baçiaşvili Azərbaycanla sərhəddə həbs edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti (DTX) məlumat yayıb.
Dövlət Təhlükəsizliyi Xidmətinin bəyanatına görə, məlumata görə "Qırmızı bülleten"lə axtarışda olan və Gürcüstan və Rusiya Federasiyasının ikili vətəndaşı olan Giorgi Baçiaşvili Qırmızı Körpü ilə Sadaxlı arasındakı "Yaşıl Sərhəd" adlanan hissədə hərəkət edib. Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Baçiaşvili həbs edilib.
Vaxtilə İvanişvilinin yaxın adamı və Gürcüstanın Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri olan Baçiaşvili həbs olunacağından qorxaraq martın 9-da gizli şəkildə Gürcüstanı tərk etmişdi. O, həbs olunacağı təqdirdə həyatının təhlükə altında olacağını bildirib.
Martın 10-da, ölkəni tərk etdikdən bir gün sonra, Tbilisi Şəhər Məhkəməsi Baçiaşvilini kriptovalyutanı mənimsəmə və çirkli pulların yuyulması ittihamı ilə qiyabi olaraq 11 il həbs cəzasına məhkum edib. İş Baçiaşvilinin 2017-ci ildə Bidzina İvanişvilidən 39 215 820 dollar dəyərində 8 253,13 bitkoin mənimsəməkdə ittiham olunduğu üçün açılıb. Daha sonra o, 2,5 milyon lari ödəməyə məcbur edilib və ölkədən çıxışına qadağa qoyulub. 2025-ci ilin yanvarında Baçiaşvili bəyan etdi ki, İvanişvili kriptovalyuta ilə müntəzəm ödənişlər edəcəyi təqdirdə ona qarşı cinayət təqibini dayandırmağı təklif edib.
2025-ci ilin fevralında Prokurorluq Baçiaşviliyə qarşı ağır nəticələrə səbəb olan vəzifə borcunu yerinə yetirmədiyinə görə yeni ittihamlar irəli sürüb.
Gürcüstandan qaçdıqdan sonra hakimiyyət ona qarşı sərhədi qanunsuz keçməyə görə yeni cinayət işi açıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












