Gürcüstan və Azərbaycan arasında yeni gömrük postu tikiləcək

Gürcüstan və Azərbaycan arasında İpək Yolu gömrük-keçid məntəqəsinin tikintisi Gürcüstan hökumətinin yeni fəaliyyət planında öz əksini tapıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Gürcüstanın baş nazirliyə namizədi İrakli Kobaxidzenin ölkə parlamentinə təqdim etdiyi hökumət planında qeyd olunub.
Planda Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsinin tikintisi üzrə fəal işin davam etdirilməsindən bəhs edilir.
Qeyd olunur ki, bu gömrük məntəqəsi iki ölkənin nəqliyyat-logistika potensialının inkişafına və regionda nəqliyyat-ticarət əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verəcək.
Plana əsasən, Şərq-Qərb istiqamətində yolların tikintisi davam etdiriləcək və işlər başa çatdıqdan sonra Tbilisidən Batumiyə gediş müddəti 3,5 saata enəcək.
unikal
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












