Gürcüstana gedən yol yenə BAĞLANDI

Gecə saatlarından etibarən Kirantsdan Gürcüstana gedən yol bağlanıb. Artıq 5 gündür ki, vətəndaşlar burada gecələyirlər.
Avtosfer.az bildirir ki, bu barədə erməni mediası xəbər yayıb.
Bildirilir ki, dünən axşam saatlarında Tavuş vilayətinin Baqrataşen yolunda "qırmızı berelilər" güc tətbiq edərək yolu bağlayan vətəndaşları, o cümlədən ehtiyatda olan polkovnik Mihran Mahsudyanı saxlayıblar. Sonuncu yaralanıb və xəstəxanaya aparılıb.
Gecə yarısı politoloq Suren Petrosyandan başqa bütün məhbuslar buraxılıb. O, bu gün İrəvana gətirilib. Petrosyan barəsində “xuliqanlıq” maddəsi ilə cinayət işi açılıb. Görünür, eksperti İstintaq Komitəsinə aparıblar.
Məlumatda deyilir ki, aprelin 19-da Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası üzrə komissiyalar Tavuş vilayətindən sərhədin demarkasiyasına başlamaq barədə razılığa gəliblər. Sərhəd xəttinin bu hissələrinin təsviri yerində aparılan geodeziya ölçmələri nəticəsində alınacaq koordinatların dəqiqləşdirilməsi nəzərə alınmaqla tərtib ediləcək. Bütün bunlar cari ilin mayın 15-dək tərəflər arasında razılaşdırılmalı və imzalanmalı olan müvafiq protokol təsvirində sənədləşdirilməlidir.
Musavat.com
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












