Gürcüstanla Azərbaycan arasında avtomobil yolunun bir hissəsi inşa edilib

Tbilisi-Saqareco (Kaxeti) istiqamətində yeni magistral yolun tikintisi çərçivəsində 4 kilometrlik Vaziani yolunun inşası başa çatıb.
Gürcüstan mətbuatının xəbərinə görə, bunu ölkənin regional inkişaf və infrastruktur naziri İrakli Karseladze deyib.
Onun sözlərinə görə, yol Gürcüstanı Azərbaycanın şimal-qərb regionu ilə birləşdirən tranzit dəhlizinin bir hissəsidir: Kaxeti magistralının ilk 4 kilometrlik hissəsi artıq nəqliyyat vasitələri üçün açılıb. Bu da Kaxeti magistralının tikintisində mühüm irəliləyişin sübutudur”.
Qeyd edək ki, Tbilisi-Saqareco magistralı Tbilisi ilə Kaxetini birləşdirən əsas avtomobil yolunun, eləcə də Azərbaycanın şimal-qərb regionunu birləşdirən tranzit dəhlizinin bir hissəsidir. Vaziani yolu layihəsini Gürcüstan şirkəti həyata keçirib.
Tbilisi-Saqareco avtomobil yolunun qalan 31 kilometrlik hissəsinin inşası davam etdirilir. Onun tikintisinin 2024-cü ildə başa çatdırılması planlaşdırılır. Avtomobil yolunun tikintisi Gürcüstanın dövlət büdcəsi hesabına maliyyələşdirilir. Layihənin ümumi dəyəri 527,2 milyon laridir.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












