Hava boşluğuna düşən təyyarədə pilotun açıqlaması hamını güldürdü - VİDEO

Türkiyənin İstanbul şəhərindən Adanaya uçan təyyarədə maraqlı anlar yaşanıb. Belə ki, hava boşluğuna düşən təyyarənin pilotunun dedikləri sərnişinləri təəccübləndirib. Adanalı pilot Ürgüpdə olarkən verdiyi açıqlama ilə hər kəsi güldürüb.
Sosial şəbəkələrdə yayımlanan görüntülərdə pilot turbulentliyin təyyarəyə təsir etmədiyini bildirir və sərnişinlərlə zarafat edir.
“Çoxu bitdi, az qaldı... İç Anadolu bölgəsi üzərində uçuşlarımız davam edir. Hazırda mövqe olaraq Ürgüp tərəfindəyik, əfəndim... Yerli vaxtla 20:40-da Adanaya eniş etməyi planlaşdırırıq. Uçuşumuzun çoxu bitdi, azı qaldı, Azər Bülbülün mahnısı kimi, əfəndim...” - deyə pilot təmkinlə sərnişinlərə müraciət edib.
“Yandıq sevda ocağında, həmişə gül olsun qollarında, bu şəhərin hər küçəsində sevgimizin izi qaldı. Çoxu bitdi, az qaldı...
Adanada havanın gözəlliyindən doymaq olmur... Təəssüf ki, səsim yaxşı olmadığı üçün mahnını oxuya bilmirəm... Səsi gözəl olan kimsə varsa, oxusun...
Adanada hava gözəldir, temperatur 30 dərəcə civarındadır.
Bizi seçdiyiniz üçün təşəkkür edirik. Sizə yaxşı enişlər arzulayıram və gələcək uçuşlarda görməyə ümid edirəm. Bu arada dağı keçərkən yaranacaq turbulentlik bizə hər hansı şəkildə təsir etməyəcək, əfəndim, rahat olun”, - deyə o söhbətini tamamlayıb.
oxu.az
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək












