Həbsdə olan sabiq deputat Prezidentə müraciət etdi - FOTO

“Quska” ləqəbli sabiq deputat Hüseyn Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclas “Quska”nın Prezident İlham Əliyevə göndərdiyi müraciətin elanı ilə başlayıb.
Təqsirləndirilən şəxs yenə də prosesə onlayn qoşulub.
Məhkəmədə onun vəkilləri Cavad Cavadov və Günay İsmayılova iştirak edib.
Xatırladaq ki, bundan əvvəlki iclasda iş üzrə məhkəmə istintaqı tamamlanmış, prokuror ittiham nitqi ilə çıxış etmişdi. Ardıcıllığa görə bu gün müdafiə tərəfi çıxış etməli idi.
Amma yuxarda qeyd edilən müraciət səbəbindən məhkəmə istintaqı yenilənib.
Belə ki, bir müddətdir həbsdə olan və xəstəlikdən əziyyət çəkən H.Abdullayev Prezident İlham Əliyevə müraciət edib. “Quska” dövlət başçısına göndərdiyi müraciətdə səhhətindəki problemləri, həbsxanada çəkdiyi əziyyəti və yaşlı anasının düşdüyü durumdan bəhs edib. Qeyd edilən səbəblərdən və özünü təqsirli bilmədiyindən həbsdən azad edilməsini xahiş edib.
İstintaq yeniləndikdən sonra prokuror təqsirləndirilən şəxsə əlavə suallar verib.
Amma “Quska” sualları yersiz hesab edib. O, sadəcə ittihamları qəbul etmədiyini təkrarlayıb.
Sonda prokuror yenidən çıxış edib və əvvəlki çıxışındakı kimi H.Abdullayevin 10 il azadlıqdan məhrum edilməsini istəyib.
Proses fevralın 13-ü davam edəcək.
Xatırladaq ki, H. Abdullayev 2018-ci ildə qanunsuz sahibkarlıq, dələduzluq və digər cinayətlərin törədilməsində təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. Həmin cəza müddəti bu yaxınlarda başa çatıb. Lakin yeni cinayət işinə görə Abdullayev azadlığa çıxa bilməyib. O bu dəfə cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham edilir.

Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












