Həbsxanaya şorun içində narkotik keçirmək cəhdinin qarşısı alınıb - FOTO

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq təcridxanasına və 11 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.
Xidmətdən Avtosfer.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələrinə əsasən təqsirli bilinərək həbs edilən və hal-hazırda Bakı İstintaq təcridxanasında saxlanılan Məmmədov Ramiz Yunis oğluna qohumu Astara şəhər sakini İbrahimov İlqar Səfər oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şirniyyat qutusunun içərisində gizlədilmiş 4 ədəd sellofan bükülüdə ümumi çəkisi 2,993 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 2,456 qram olan narkotik maddə - tiryək aşkar edilib.
Cinayət Məcəlləsinin 185.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum edilmiş və hal-hazırda 11 saylı cəzaçəkmə müəssisəsində saxlanılan məhkum Xəlilov Samir Əlibala oğluna tanışı Bakı şəhər sakini Savalanlı Ayxan Rövşən oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan şor məhsulunun içərisində xüsusi üsulla gizlədilmiş 1 ədəd sellofan bükülüdə ümumi çəkisi 0,912 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












