Helikopter qəzasında həlak olan sabiq prezident özünü ailəsinə fəda edibmiş

Çilinin helikopter qəzasında həlak olan keçmiş prezidenti Sebastyan Pinyera göyərtədə olan sərnişinləri xilas etmək üçün özünü fəda edib.
Bu barədə mərhum siyasətçinin Nazirlər Kabinetinin keçmiş naziri Karla Rubilar, Pinyeranın bacısının dediklərinə istinadla məlumat verib.
“Prezidentin bacısı deyir ki, mərhumun son sözləri “əvvəlcə siz atılın, çünki mən sizinlə tullansam, helikopter (hamımızın üstünə) düşəcək” olub”, - deyə Rubilar bildirib.
Məlumata görə, Pinyera helikopter havaya qalxdıqdan sonra onun nasaz olduğunu anlayıb və sərnişinləri xilas etmək üçün gölün üzərindən enməyə başlayıb. Onunla birlikdə gəmidə bacısı Maqdalena Pinyera, dostu və oğlu olub. Hər üçü sağ qalıb.
Yarılma nəticəsində Pinyeranın ölüm səbəbinin suda bataraq boğulma olduğu müəyyən edilib. Onun meyiti suyun 40 metr dərinliyində helikopterdə tapılıb.
Xatırladaq ki, faciə fevralın 6-da baş verib. Eks-prezidentin vəfatı ilə əlaqədar Çilidə üçgünlük matəm elan edilib. Pinyera 2010-2014-cü və 2018-2022-ci illərdə prezident olub.
oxu.az
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












