Helikopter qəzasında ölən eks-prezidentə görə matəm elan edildi

Xəbər verdiyimiz kimi, Çilinin keçmiş prezidenti, milyarder Sebastyan Pinyera ölkənin cənubunda helikopter qəzasında həlak olub.
Avtosfer.az xəbər verir ki, sabiq prezidentin ölümünün bəzi təffərrüatları açıqlanıb.
Bildirilir ki, Sebastyan Pinyera helikopterin ölkənin cənubunda Ranko gölünə düşməsi nəticəsində dünyasını dəyişib. Məlumata görə, helikopteri siyasətçi özü idarə edirmiş. Havaya qalxdıqdan az sonra "Robinson R66" helikopteri And dağlarının ətəklərində gölə düşüb. Sabiq prezidentlə yanaşı helikopterdə 3 nəfər də olub, onların hamısı xilas edilib. Pinyeranın boğularaq öldüyü bildirilir.
Qəzaya səbəb olaraq yağışlı və dumanlı hava olub.
Çili hökuməti ölkənin keçmiş prezidenti Sebastyan Pinyeranın ölümünü təsdiqləyib və milli matəm elan edib.
74 yaşlı Pinyera 90-cı illərdə siyasətə qədəm qoyan iş adamı və investordur. 2010-cu ildə Auqusto Pinoçetin istefasından sonra Çilinin ilk sağçı prezidenti olub. Pinyera iki dəfə, 2010 və 2018-ci illərdə dörd illik müddətə prezident seçilib. "Forbes" onun sərvətini 2,7 milyard dollar qiymətləndirir.
Unikal
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












