Həmkəndlisinin avtomobilini yandıran şəxs tutulub - FOTO - VİDEO

Şəki rayonunun Baş Göynük kəndi ərazisində yerləşən 3 mağazadan oğurluq edilib. Şəhər-Rayon Polis Şöbəsinə müraciət edən zərərçəkənlər onlara məxsus obyektlərdən 9000 manat dəyərində ərzaq məhsullarının, tütün məmulatlarının,enerji içkilərinin, mobil telefon danışıq kartlarının və kassada olan nəğd pulun oğurlandığını bildiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, daxil olmuş müraciətlər əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Baş Göynük kənd sakini Nazim Məmmədov saxlanılıb.
İstintaq zamanı həmin şəxsin oğurluq etdiyi gecə öz həmkəndlisinə məxsus “VAZ-2107” markalı avtomobili də qəsdən yandırdığı müəyyən olunub. O, ifadəsində əməlini etiraf edib və oğurladıqlarının bir qismini dəyərindən ucuz qiymətə satdığını, əldə etdiyi pulu isə xərclədiyini deyib.
Faktla bağlı cinayət işi başlanılıb, N.Məmmədov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib. Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı
Baş nazir qərar imzaladı
Adı biznes və tikinti imperiyası ilə hallanan Baş nazirin korteji – VİDEO
“Yol hərəkəti haqqında” qanun dəyişir - Əli Əsədov QƏRAR İMZALADI
Bakıda toyda qəribə görüntü MÜZAKİRƏ YARATDI - VİDEO
Bakıya gözlənilməz hava GƏLİR: Temperatur belə olmamışdı
Yer kürəsində maqnit fırtınası başlayıb












