Hər avtobusun öz dayanacağı olan Lökbatan

Lökbatan qəsəbəsi daxili marşrutların yaxşı işləməsinə görə Bakının əksər qəsəbələrindən sözün yaxşı mənasında seçilir. Buradan şəhərin bir çox nöqtəsinə birbaşa getmək mümkündür. Lakin xırda-para məsələlər də var.
Bunlardan ən başlıcası dayanacaqların fərqli olmasıdır. Bir sözlə, kartla işləyən 130 və 206 saylı marşrutlar yalnız adyanacaq işarəsi olduğu yerdə saxlasalar da, bu qayda 111 saylı qəsəbədaxili avtobusa çox da aid deyil. Bu marşrutun sürücüləri ənənəvi yerlərdə saxlamağa davam edirlər.
Belə bir fərqlilik sərnişinlərə də çətinlik yaradır. Məsələn, Kingsmart marketdən Təzə evlər məhəlləsinə gedən istiqamətdə avtobus dayanacaqları arasında 50 metr məsafə var. Qəsəbədaxili avtobuslar ənənəvi yerdə dayanır. Sürücülər isə sərnişinləri ciddi cəhdlə inandırırlar ki, dayanacaq işarəsi onlara aid deyil, onların öz yolu var. Bu da sərnişinlərə çətinlik yaradır.
Ayrı-seçkilik özünü son dayanacaq seçimində də göstərir. Axı nə üçün 130 və 206 saylı marşrutun yolu Təzə Evlər məhəlləsinin ortasınadək getməlidir? Axırıncı dayanacağa gələn sərnişin yenidən 11 saylı avtobusla əlavə 2 dayanacaq getməli, ya da bu yolu piyada qət etməlidir?
Bir də ki, görəsən 130 və 206 saylı marşrut avtobuslarının son dayanacağını təxminən 500 metr uzağa çəkərək həm sərnişinlərin işini asanlaşdırmaq, həm də avtobusları palçıqdan xilas etmək çoxmu çətindir?
Bu avtobusların son dayanacağının olduğu yerdə bir qədər yağış yağdıqda palçıq dizə çıxır.
Vüqar
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












