"Hər dəfə soyuducunu açanda oğlumun alın sümüyünü görürdüm" - Samirə

“Oğul yeri yaralı yerimdir. 3 ay xəstəxananın qarşısında yatmışam. Çox mücadilə aparmışam. Günü bu günə qədər o borclarımı verirəm”.
Bunu “Space”də yayımlanan “Yaxşıya doğru” verilişində meyxanaçı Samirə Yusifqızı deyib.
O, illər əvvəl hovuza itlənən və aldığı xəsarətdən ağır əməliyyat keçirən oğlundan danışarkən göz yaşlarını saxlaya bilməyib: “Gündə neçə dəfə soyuducunu açırsan, nəsə götürürsən, hər dəfə açanda da gözünün qabağında görürsən. Mən, ümumiyyətlə, onları xatırlamaq istəmirəm. Elə bilirəm yuxu görmüşəm. Elə bilirəm qorxulu bir yuxudur. Oğlumun alın sümüyü 2 ay yarım xüsusi məhlulun içərisində soyuducuda qaldı. İki ay yarım alınsız bir insanı fikirləşin, nə vəziyyətdə görünür?! Mən qorxumdan üzünə baxmırdım, baxa bilmirdim. Onları yaşamışam”.
Samirə Yusifqızı oğlunun başına gələn qəzadan da danışıb: “Qəza olmuşdu. Dostları ilə zarafatlaşmışdılar, hovuzdan itələmişdilər ki, sən də tullan çimməyə. O da ayağında başmaq olub deyə, tullanmaq istəyəndə arxası üstə yıxılıb, başı hovuzun qırağına dəyib. Hamısı da kənara çəkildi, heç kim qabağa durmadı. 120 minlik evimi bir gecənin içində 45 min manata satdım. Allah heç kəsə mənim yaşadıqlarımı qismət eləməsin”. (unikal.az)
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












