Hərbi alpinistlərin fəth edəcəyi zirvə “Zəfər” adlandırılacaq

Hərbi Hava Qüvvələrinin bir qrup hərbi qulluqçusunun və “Qartal” Dağçılıq İdman Klubunun təcrübəli alpinistlərinin iştirakı ilə Azərbaycan Ordusunun yaranmasının 103-cü il dönümü ilə əlaqədar alpinist ekspedisiyası təşkil olunub.
Müdafiə Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, “Zəfər Azərbaycanındır” adlı alpinist ekspedisiyasının üzvləri Böyük Qafqaz sıra dağlarının Bazardüzü massivində (hündürlüyü 4301m) yerləşən adsız zirvəyə yola düşəcəklər.
Alpinistlərin fəth edəcəyi adsız zirvə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin şərəfinə “Zəfər” adlandırılacaq. Hərbçilərin iştirak etdiyi alpinist ekspedisiyası hava şəraiti nəzərə alınaraq iyunun19-dan 30-dək keçiriləcək.
Ekspedisiyanın rəhbəri polkovnik-leytenant Zal Nəbiyev və “Qartal” Dağçılıq İdman Klubunun rəhbəri Rüfət Qocayev fəth ediləcək zirvəyə yola düşməzdən əvvəl digər alpinistlərlə birlikdə Şəhidlər xiyabanı və İkinci Fəxri xiyabanda Vətənimizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş igid oğul və qızlarımızın məzarlarını ziyarət ediblər.
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO












