Hərbi xidmətdə olarkən “avtoşluq” edən şəxs hakim qarşısına çıxır - VİDEO - FOTO

Hərbi xidmətdə olduğu vaxt, xidmətdən yayınaraq Bakıda avtoxuliqanlıq edən iş adamının oğlu ilə bağlı istintaq tamamlanıb.
“Kriminalqafqaz” xəbər verir ki, Respublika Hərbi Prokurorluğunda aparılan istintaq materialları baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib. Cinayət işi hakim Elbəy Allahverdiyevin icraatına verilib. Yaxın günlərdə hazırlıq iclasının keçirilməsi və işin baxışa verilməsi nəzərdə tutulub.
Əziz Məlikov Cinayət Məcəlləsinin 333.2-ci (hərbi qulluqçunun xidmət yerini özbaşına tərk etməsi), 335.2-ci (hərbi xidmət vəzifələrinin icrasından boyun qaçırma) və digər maddələri ilə mühakimə olunacaq.
Xatırladaq ki, bu ilin mayında sosial şəbəkələrdə Məlikov Əziz Soltanpaşa oğlunun Bakıda “avtoşluq” etməsi ilə bağlı görüntülər yayılmışdı. Araşdırmalar zamanı məlum olmuşdu ki, o, əsgərdir və həmin vaxt hərbi xidmətdə olub. Onun xidmət vaxtı hərbi hissədə deyil, şəhərin mərkəzində “avtoşluq” etməsi ciddi müzakirələrə səbəb olmuşdu.
Əziz Məlikovun atası Soltanpaşa Əzizov tanınmış iş adamıdır. O, Şamaxı rayon Məlhəm, Əngəxaran və Çuxuryurd bələdiyyələrinin sədridir. Ə.Məlikov özü isə “TikTok” sosial şəbəkəsindəki əyləncəli videoları ilə məşhurdur.
Qeyd edək ki, Ə.Məlikov hadisədən sonra saxlanılmış, barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra o, həbsdən buraxılaraq komandanlığın müşahidəsi altına verilmişdi. Lakin həmin müddətdə qaçıb gizləndiyinə görə barəsində yenidən həbs qərarı verilmişdi.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO











