Heydər Əliyev Beynəlxalq Aeroportu 10 ən populyar istiqaməti təqdim edib

Heydər Əliyev Beynəlxalq Aeroportu səyahətçiləri cəlb edən 10 ən populyar beynəlxalq istiqamətin siyahısını təqdim edib.
Avtosfer.az bu barədə hava limanına istinadən xəbər verir.
Məlumata görə, İstanbul zəngin tarixi, mədəni görməli yerləri və işgüzar səyahət imkanlarına görə Bakı hava limanının ən məhşur istiqamətlərindən biri olaraq qalır. AZAL, Turkish Airlines və AnadoluJet aviaşirkətləri bu istiqamətə gündəlik uçuşlar həyata keçirir. Gürcüstanın paytaxtı Tbilisi mənzərəli məkanları, qonaqpərvərliyi və mədəni irsi ilə göz oxşayır. Georgian Wings və milli aviadaşıyıcı bu heyrətamiz şəhərə gündəlik uçuşlar təklif edir. Sərnişinləri Yaxın Şərqin maraqlı istiqamətləri də cəlb edir. Dubayın dəbdəbəli vahəsindan Əbu-Dabinin mədəni zənginliyinə, Dohanın müasir göydələnlərindən tutmuş Şarjanın füsunkarlığına və Küveytin tarixi irsinə qədər bu istiqamətlərin hər biri unikal təcrübə vəd edir. Bura uçuşlar bir sıra aviaşirkətlər tərəfindən həyata keçirilir: AZAL, FlyDubai, Wizz Air Abu Dhabi, Air Arabia Abu Dhabi, Air Arabia, Qatar Airways, Kuwait Airlines və Jazeera Airlines.
Bundan əlavə, Ankara, Moskva və Sankt-Peterburq da səyyahların üstünlük verdiyi istiqamətlər sırasındadır.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












