Heydər Əliyev Beynəlxalq Aeroportu payız mövsümünün ən populyar beş istiqamətini təqdim edir

Bakı hava limanı payız səyahətləri üçün geniş istiqamətlər seçimi təklif edir.
Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun Mətbuat Xidmətinin məlumatında deyilir.
Qeyd olunur ki, ümumilikdə 66 istiqamət üzrə 33 ölkəyə səyahət etmək mümkündür. Sərnişinlərə tələbatlarına uyğun müxtəlif aviaşirkətlərdən ibarət variantlar və uçuş cədvəlləri təqdim olunur.
“Bakıdan ən populyar istiqamət şərq və qərb mədəniyyətlərinin qovuşduğu İstanbuldur. 2023-cü ilin doqquz ayı ərzində Bakı-İstanbul-Bakı marşrutu üzrə 745 mindən çox sərnişin daşınıb. Bu gözəl şəhərin hər iki hava limanına uçan aviaşirkətlər sırasına “Azərbaycan Hava Yolları” (AZAL), “Turkish Airlines”, “AnadoluJet” və “Pegasus” daxildir.
İkinci ən məşhur istiqamət 510 minə yaxın sərnişinin daşındığı Rusiyanın paytaxtıdır. Bakıdan Moskvanın Domodedovo, Vnukovo və Şeremetyevo hava limanlarına uçuşlar AZAL, “Aeroflot”, “Utair” və “IrAero” tərəfindən həyata keçirilir”, - məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, Birləşmiş Ərəb Əmirlikləri payız üçün ən maraqlı və cəlbedici səyahət məkanlarından biridir:
“Dubaya sərnişinlər həm AZAL, həm də “flydubai” aviaşirkətləri vasitəsilə səyahət edə bilərlər. Bu ilin doqquz ayı ərzində bu istiqamətdə 224 mindən çox sərnişin daşınıb. Bundan başqa, əksər sərnişinlər Bakı-Əbu-Dabi-Bakı marşrutu ilə səyahətə üstünlük verirlər. Bu istiqamətdə uçuşlar “Air Arabia Abu-Dhabi” və “Wizz Air Abu-Dhabi” aviadaşıyıcıları ilə yerinə yetirilir”.
“Heydər Əliyev Beynəlxalq Aeroportundan Gürcüstanın paytaxtı Tbilisiyə və əks istiqamətdə müntəzəm reyslər AZAL və “Georgian Wings” tərəfindən həyata keçirilir. Azərbaycanın milli aviadaşıyıcısı Bakı-Tbilisi-Bakı marşrutu üzrə hər gün iki dəfə olmaqla reyslər yerinə yetirir. Gürcüstanın “Georgian Wings” aviaşirkəti isə müntəzəm uçuşların sayını həftədə beş dəfəyədək artırmaqla hər bazar ertəsi, çərşənbə, cümə, şənbə və bazar günləri uçuşlar həyata keçirir.
Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna 39 xarici aviaşirkət uçuş yerinə yetirir, onlardan 17-si aşağıbüdcəli aviadaşıyıcılardır”, - məlumatda bildirilir.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












