Həyətində çətənə yetişdirən Ucar sakini həbs edilib

Həyətində çətənə bitkisi yetişdirən Ucar rayon sakini tutulub.
Avtosfer.az-ın xəbərinə görə, Ucar rayon Polis Şöbəsi əməkdaşları tərəfindən “Xaşxaş 2022” şərti adlı kompleks profilaktik tədbirlər planına uyğun olaraq keçirilmiş əməliyyat-axtarış tədbirlər nəticəsində aqrotexniki qaydada qulluq göstərməklə narkotik tərkibli çətənə bitkiləri yetişdirən şəxs saxlanılıb. Araşdırmalarla onun rayonun Çiyni kənd sakini Abid Mahmudov olduğu müəyyən edilib.
Şöbə əməkdaşları tərəfindən həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zaman fərdi yaşayış evinin həyətindən kultivasiya yolu ilə yetişdirilən 67 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Dindirilmə zamanı A.Mahmudov çətənə bitkilərinin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.
Faktla bağlı Ucar RPŞ-də cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












