Heyvana işgəncə verən şəxslər 30 sutka həbs edilib

Heyvana işgəncə verən şəxslər 30 sutka həbs edilib.
DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov Avtosfer.az-a bildirib ki, ötən gün vəhşi heyvana qarşı qəddarlıq göstərərək nümayişkəranə surətdə sosial şəbəkədə video görüntüləri yayan şəxslərin tapılması məqsədilə polis əməkdaşları tərəfindən dərhal araşdırmalara başlanılıb.
Görülmüş tədbirlərlə bu əməli törədənlərin Sabirabad rayon sakini Cəsarət Bayramov və Neftçala rayon sakini Kənan Dünyamalıyev olmaları müəyyən edilib və onlar saxlanılıblar.
Hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 274-cü maddəsilə protokol tərtib olunub.
Həmin şəxslər saxlanılarkən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən əməl etmədiklərinə və xuliqanlıq hərəkətlərinə yol verdiklərin görə C.Bayramov və K.Dünyamalıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535-ci maddələrinə əsasən protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs inzibati qaydada 30 sutka həbs edilib
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək











