Hikmət Hacıyev: “Danışıqlar prosesinin tabutunda son mismar Paşinyanın Qarabağın Ermənistanın olduğunu söyləməsi oldu"

ABŞ-ın “New York Times” qəzetində Dağlıq Qarabağ münaqişəsində son durumla bağlı məqalə dərc olunub.
Avtosfer.az xəbər verir ki, yazıda Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin də fikirləri yer alıb. H.Hacıyev “Müzakirə prosesinin tabutundakı son mismar Paşinyan Dağlıq Qarabağın Ermənistan olduğunu söyləməsi oldu”, - deyə nəşrə bildirib.
H.Hacıyev müsahibədə qeyd edib ki, Azərbaycan Nikol Paşinyanın 2018-ci ildə Ermənistanda hakimiyyətə gəlişindən sonra münaqişənin dinc yolla həlli prosesində irəliləyişə ümid edib. Sabiq jurnalist Paşinyan Azərbaycan Prezidenti ilə ilk görüşündə vaxt istəyib, eyni zamanda Dağlıq Qarabağla bağlı yeni siyasət yürütməyə söz verib.
Lakin bu yeni siyasət gəlməyib. Analitiklərin sözlərinə görə, gərginlik bu il daha da artıb. Çünki Paşinyan və onun müdafiə naziri Şuşanı paytaxt etmək və avqustda parlamenti ora köçürmək planları barədə populist bəyanatlar veriblər.
Qeyd edək ki, Azərbaycan Prezidentinin köməkçisi məqaləni özünün “Twitter”dəki hesabında paylaşıb.
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA











