Hikmət Hacıyev: “Ermənistan silah-sursatı hədiyyə alır”

“Ermənistan tərəfindən açıq şəkildə, hər hansısa hərbi zərurət olmadan, alçaqcasına Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəyə hücum həyata keçirilib. Onlar bilərəkdən mülki insanların sıx şəraitdə yaşadığı yerə “Toçka-U” raketi ilə zərbə endiriblər. Bu hücum Ermənistan ərazisindən gerçəkləşib. Bizim qarşımızda alçaq, şərəfsiz, bütün mənəvi dəyərlərdən kənar olan bir düşmən var".
Avtosfer.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev söyləyib.
“Demək olar ki, Ermənistan bununla ilk növbədə ATƏT-in Minsk qrupunun həmsədrləri və Rusiyanın fəaliyyətinə öz hörmətsizliyini göstərib. Biz gözləyirik ki, həmin vasitəçilik missiyasını gerçəkləşdirən tərəflər özlərinə bu hadisələrə qiymət versinlər. Ermənistanın sülh haqqında danışıqlarının yalnız riyakarlıqdan başqa bir şey olmadığını açıq şəkildə nümayiş etdirdilər ki, bunu da beynəlxalq ictimaiyyət görməlidir”, - o qeyd edib.
Hikmət Hacıyevin sözlərinə görə, Minsk qrupu həmsədrlərindən Gəncədəki hadisələrə bir reaksiya gəlməyib:
“Onlar üçün, yəqin bu gün bazar günüdür. Amma bu bazar günündə Azərbaycan xalqına qarşı növbəti bir cinayət, növbəti bir genosid aktı törədilib”.
Hikmət Hacıyev bildirib ki, Ermənistan Qarabağ bölgəsinə xeyli silah-sursat cəmləşdirib:
“Konkret fakt bundan ibarətdir ki, Azərbaycan Silahlı Qüvvələri ərazilərimizin bir hissəsini azad edib. Çox çətin bir şəraitdə, qarışbaqarış, addımbaaddım getmişik. Əməliyyat şəraitini də nəzərə almaq lazımdır. Ora o qədər silah-sursat yerləşdirilib, özümüz də çox yaxşı bilirik ki, Ermənistan bunları hədiyyə olaraq alır. Coğrafi baxımdan kiçik olan ərazidə Ermənistan tərəfindən böyük sayda silah-sursat cəmlənib”.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











