Hindistan HDQ yeni döyüş təyyarələri almaq istəyir, iki namizəd var

Hindistan Hərbi Dəniz Qüvvələri yeni döyüş təyyarələri almaq istəyir. Ordu.az xəbər verir ki, bu barədə Hindistanın “The Print” nəşri yazıb.
Bildirilir ki, “Boeing” və “Dassault Aviation” şirkəti Hindistan Hərbi Dəniz Qüvvələrinin gələcək təyyarələri üçün yarışır. Əsas namizədlər “Boeing”in F-18 “Super Hornet” və “Dassault”un “Rafael” qırıcılarıdır.
Hindistan HDQ 26 qırıcı almağı planlaşdırır. Ölkənin Hərbi Dəniz Qüvvələri ikinci aviadaşıyıcını əldə etməyə hazırlaşır, bu gəmilər üçün qırıcı təyyarələrə ehtiyac var.
Hindistanda hazırda 42 MiQ-21M təyyarəsi var, lakin onların yalnız yarısı uçuş vəziyyətindədir.
Nəşr bildirir ki, Hindistanın gələcək TEDBF adlı hərbi təyyarəsi iki mühərrikli olacaq, tezliklə sınaqlara başlayacaq və beş-yeddi ildən əvvəl ilk uçuşa hazır olmayacaq, buna görə də ABŞ və ya Fransa istehsalı olan təyyarələrlə müvəqqəti həll yolu olacaq.
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
Duman yollarda görünüşü məhdudlaşdıracaq
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO












