"Hyundai" sürücüsü motosikletçini qəzaya saldı, təhqir edib getdi - VİDEO

Sentyabrın 8-də Şəmsi Bədəlbəyli və Mirzağa Əliyev küçələri kəsişməsində yol nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı motosiklet sürücüsü “Mercedes” markalə avtomobilin güzgüsünə dəyərəq onu qırıb. Amma hadisəyə səbəb tamamilə başqa bir avtomobilin sürücüsü olub.
Avtosfer.az-a hadisə barədə danışan motosikletin sürücüsü Fəqan Məmmədyarov vildirib ki, Şəmsi Bədəlbəyli küçəsi ilə saatda 60 km-dən çox olmayan sürətlə, sağ zolaqla hərəkətdə olub. Bu zaman Mirzağa Əliyev küçəsindən (köməkçi yol) əsas yola çıxmaq istəyən 90 GJ 804 dövlət qeydiyyat nişanlı, “Hyundai Sonata” markalı avtomobilin sürücüsü 2.4 (yol ver) nişanının tələbini pozub. “Anidən mənə yol vermədən yoluma çıxdı. Motosikleti saxlamağa, yol qəzasının baş verməməsi üçün tədbir görməyə çalışdım. İki avtomobilin arasına girsəm bəlkə toqquşmadan keçə bilərəm düşüncəsi ilə motosikileti araya saldım. Bu vaxt arxa təkər bloklandı və motosiklın sürüşdü. Motosikletin sükanı solumda olan “Mercedes” markalı avtomobilin güzgüsünə dəyərək onu qırdı.”
Fəqan Məmmədyarov bildirib ki, hadisəyə səbəb olan “Hyundai” markalı avtomobilin sürücüsü saxlayıb üzrxahlıq etmək əvəzinə onu təhqir də edib. “Qəzaya səbəb olsa da avtomobili saxlamadı. Üstəlik mənə “hara soxursan ay çoban” deyərək hadisə yerindən uzaqlaşdı.”
Şikayətçi “Hyundai” markalı avtomobilin sürücüsü barədə qanunamüvafiq olaraq tədbir görülməsini istəyir. Eyni zamanda hadisəni əks etdirən videogörüntüləri bizə və yol polisinə təqdim edib. Həmin videonu izləyə bilərsiniz.
Fərid
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Taksi 5 manat göstərir, sonda 9 manat çıxır – Cibimizdən pul necə gedir?
Payızda sürücülərə 7 tövsiyə: sonra bahalı xərcə düşməyin
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ












