Məşhur müğənninin lüks avtomobilinə həbs qoyulub? - İDDİA

Türkiyəli müğənni Sibel Canın 2012-ci ildə aldığı lüks cipə görə başlayan məhkəmə çəkişməsində yeni gərginlik yaranıb. Avtomobili satan şirkətin sahibi Şahin Mehmet Çelik müğənni barəsində həbs qoyulması proseduruna başladığını iddia edib. Sənətçinin vəkili isə bu iddialarla razılaşmayıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Türkiyənin "A Haber" telekanalı məlumat yayıb.
Mübahisə Sibel Canın aldığı avtomobilin sənədləri ilə bağlı yoxlamalardan sonra başlayıb. Gömrük və idxal araşdırmaları zamanı cipin 2009-cu il istehsalı olduğu və əvvəllər ABŞ-da istifadə edildiyi müəyyənləşdirilib. Həmçinin idxal zamanı vergi bazasının aşağı göstərildiyi iddiası ortaya çıxıb və avtomobil polis tərəfindən müsadirə edilib.
Müğənni aldadıldığını bildirərək avtomobili aldığı şirkətin sahibi Şahin Mehmet Çelikə qarşı məhkəməyə müraciət edib. İstehlakçı məhkəməsi Sibel Canın xeyrinə qərar çıxararaq ona 317 min türk lirəsinin faizlə birlikdə ödənilməsini qərara alıb. Müğənni pulunu ala bilmədiyini əsas gətirərək icra prosesinə başlayıb.
Bundan başqa, 2017-ci ildə verilən şikayət əsasında İstanbul 31-ci Ağır Cinayətlər Məhkəməsində baxılan işdə Çelik dələduzluq ittihamı ilə 4 il həbs və 80 min lirə cəriməyə məhkum edilib. Lakin İstanbul Regional Ədliyyə Məhkəməsinin 21-ci Cinayət Kollegiyası sübutların yenidən qiymətləndirilməli olduğunu əsas gətirərək həmin hökmü ləğv edib.
Çelik isə avtomobilin hələ də gömrükdə olduğunu iddia edib. O, maşının müğənniyə təhvil verilib-verilmədiyini bilmədiyini, hətta 2020–2021-ci illərdə satılmış ola biləcəyini söyləyib. Şirkət sahibi avtomobilin indiki bazar dəyərinin təxminən 9 milyon lirə olduğunu da irəli sürüb və bu məbləğin ödənilməli olduğunu müdafiə edib.
Sibel Canın vəkili isə qarşı tərəfin iddialarını rədd edib. O bildirib ki, ekspert rəyləri avtomobilin işlənmiş olmasına baxmayaraq yeni kimi satılması ilə bağlı şirkətin haqsızlığını təsdiqləyib və müğənni bu iş üzrə məhkəmədə qalib gəlib.
Beləliklə, tərəflərin qarşılıqlı iddiaları ilə yenidən gündəmə gələn işdə icra tədbirlərinin hüquqi əsasları və yekun qərarın necə olacağı hələlik açıq qalır.
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır












